25 iyul 2026 20:02
87

Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

“İki sahil”in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, liderlər ikitərəfli gündəlikdə duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Paşinyan dövlətlər arasında strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistanın ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edərək, Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasının əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, Makron və Paşinyan Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələsini, eləcə də regional və beynəlxalq gündəmdə olan digər mövzuları müzakirə ediblər.