26 iyul 2026 02:02
85

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb

Hindistanın Assam ştatında daşqınlar nəticəsində həlak olanların sayı 66 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Assam ştatının Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (ASDMA) bəyanatında bildirilib.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində ştatın altı dairəsində 655 mindən çox insan zərər çəkib, daşqınlardan ən çox zərər çəkən rayon Sivasaqar olub.

Hakimiyyət orqanlarının dəstəyi ilə altı dairədə 274 müvəqqəti sığınacaq və humanitar yardım paylama mərkəzi yaradılıb. Burada evlərinin su altında qalması səbəbindən köçürülən 18 902 nəfərə yardım göstərilir.

Son məlumata görə, Assamda 810 kənd su altında qalıb, 34 970,8 hektar əkin sahəsi zərər görüb. Bundan başqa, çaylar üzərindəki bəndlər, yollar, körpülər və digər infrastruktur obyektləri dağılıb.