26 iyul 2026 12:58
105

Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.

“İki sahil” xəbər verir ki, bu barədə şairin köməkçisi Arif Mehmandost APA-ya açıqlamasında məlumat verib.

"Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də yenidən süni tənəffüs aparatına qoşulub", – köməkçisi bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.