26 iyul 2026 15:04
107

Rusiya Hərbi Dəniz Donanmasının tərkibində yeni qoşun növü yaradıldı

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) tərkibində pilotsuz sistemlər alaylarının formalaşdırılması prosesi başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə HDD-nin baş komandanı, donanma admiralı Aleksandr Moiseyev "Zvezda" telekanalının efirində bildirib.

Moiseyevin sözlərinə görə, pilotsuz sistemlər alayları iyulun 1-dən etibarən tam formalaşdırılıb. O qeyd edib ki, bu cür hərbi hissələrdən biri də Şimal Donanmasının tərkibində fəaliyyət göstərir.

Xatırladaq ki, pilotsuz sistemlər alaylarının yaradılması ilə bağlı qərar 2024-cü ilin sonunda qəbul olunmuşdu.