Yəməndəki husilər Qırmızı dənizdən keçən gəmilərdən keçid haqqının alınması imkanını nəzərdən keçirirlər.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan regional mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdikdən bir həftə sonra Bab əl-Məndəb boğazından keçən kommersiya gəmiləri üçün rüsum tətbiq etməyi müzakirə edirlər.
Mənbələrin sözlərinə görə, İranın dəstəklədiyi qruplaşma Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu strateji su yolundan istifadə edən əksər gəmilər üçün ödəniş tətbiq edilməsinin mümkünlüyünü araşdırır. Bununla belə, bu addımın nə vaxt həyata keçiriləcəyi hələ müəyyənləşdirilməyib. Bildirilir ki, Çin gəmiləri bu ödənişdən azad ediləcək.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb