Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“İki sahil” IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF Fairford" (Royal Air Force Fairford) aviabazası ətrafında baş vermiş insidentlə bağlı İranın ittiham olunmasıdır.
"Londonun yüksək rütbəli rəsmilərinin "Fairford" hərbi bazasında baş verdiyi iddia edilən hadisəni İrana aid etmələri ilə bağlı əsassız iddiasına cavab olaraq, İngiltərənin Tehrandakı səfiri Hüqo Şorter çağırılıb və İrana qarşı məsuliyyətsiz yanaşmaya dair İslam Respublikasının kəskin etirazı ona çatdırılıb", - məlumatda bildirilib.
XİN-in Qərbi Avropa idarəsinin Baş direktoru Əlirza Yusifi Londonun İrana qarşı iddiasını rədd edib.
Xatırladaq ki, İran XİN dünən bununla bağlı bəyanat yayıb. İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi də oktyabrın 12-də krallığın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Stiven Douti ilə görüşündə ölkəsinin "Fairford" aviabazası ətrafında baş vermiş insidentlə hər hansı əlaqəsini rədd edib.
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb
Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir