Ermənistanın Lori vilayətindəki toy mərasimində kütləvi zəhərlənmə baş verib.
“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, tədbirin başlamasından bir neçə saat sonra qonaqlar zəhərlənmə əlamətlərindən şikayətləniblər.
Ümumilikdə 21 nəfər zərər çəkib, onlardan 15-i Noyemberyan şəhər xəstəxanasına, daha 6 nəfər isə Alaverdi tibb mərkəzinə yerləşdirilib.
Hadisədən sonra laborator müayinə üçün hazır yeməklərdən nümunələr götürülüb. Yoxlama zamanı həmçinin sanitar normaların ciddi şəkildə pozulduğu aşkar edilib.
Təftiş orqanının qərarı ilə müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb. Obyektin sahibinə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün vaxt verilib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb