Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ABŞ dövlət katibi Marko Rubio ilə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ətrafındakı vəziyyəti müzakirə edib.
“İki sahil” Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sözügedən məsələ bu gün baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.
Qurumun məlumatına görə, tərəflər genişləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli gündəlikdə yer alan aktual məsələləri, eləcə də Prezident Kasım-Jomart Tokayevin G20 sammitində iştirak etmək üçün ABŞ-yə səfərinə hazırlığın gedişini müzakirə ediblər.
Digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, G20 sammiti 14–15 dekabr 2026-cı il tarixlərində Mayamidə (ABŞ) keçiriləcək.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb