Banqkokun Latphrau rayonundakı "Rong Beer Na Lat Phrao" pabında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 37-yə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı paytaxtın "Eravan" təcili yardım mərkəzinə istinadən məlumat yayıb.
Bu insident nəticəsində xəstəxanalarda ölənlərin ümumi sayı 10-a çatıb. Hazırda 15 yaralının müalicəsi davam etdirilir, onlardan 10-u reanimasiya şöbəsindədir.
Pabda yanğın iyulun 12-dən 13-nə keçən gecə qısaqapanma səbəbindən baş verib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb