ABŞ-yə məxsus qaz saxlama tankeri Misirin Aralıq dənizindəki Damyetta limanında dron hücumuna məruz qalıb.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, bunu dəniz təhlükəsizliyi ilə məşğul olan "Ambrey" şirkəti açıqlayıb.
Şirkətin məlumatına görə, PUA "Energos Winter" gəmisinə çırpılıb, bundan sonra gəmidə yanğın başlayıb. Daha sonra alov yaxınlıqdakı "Gaslog Salem" qazdaşıyan gəmisinə keçib.
Liman xidmətləri göstərən "Inchcape" şirkətindən də Damyetta limanında iki qazdaşıyan gəmidə yanğın baş verdiyi bildirilib.
Mənbələrin məlumatına görə, heyət təxliyə edilib, yanğını nəzarətə götürmək mümkün olub. Zərərçəkən yoxdur. Hücumun arxasında kimin dayandığı hələ ki məlum deyil.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb