İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkündür olan üç fəaliyyət ssenarisini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton İrana münasibətdə üç əsas istiqaməti nəzərdən keçirir:
Güzəştli razılaşma: Tehranla kompromis sazişinin əldə olunması;
İqtisadi təzyiq: Blokadanın və iqtisadi sanksiyaların davam etdirilməsi;
Hərbi əməliyyatlar: Genişmiqyaslı hərbi əməliyyatların başladılması.
Mənbələr qeyd edir ki, danışıqlar zamanı Netanyahu Trampa bir sıra alternativ variantlar təqdim edib, lakin onların təfərrüatları açıqlanmır. İsrailin Baş naziri amerikalı həmkarına ölkəsinin son qərarı Vaşinqtondan gözlədiyini bildirib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb