ABŞ ilə İran arasındakı münaqişə hərbi dalana dirənib, çünki tərəflər hərbi əməliyyatlardan fayda görmədikləri kimi, danışıqların da səmərəliliyinə inamlarını itiriblər.
“İki sahil” xəbər verir ki, bu fikri Pentaqonun keçmiş yüksəkrütbəli rəsmisi Dana Stroul «The Washington Post»a bildirib.
"Hər iki paytaxtda tərəflərin diplomatik sazişə əməl edə bilməməsi ilə bağlı pessimizm artır", — deyə ekspert qeyd edib.
Stroul qeyd edib ki, sanki «hər iki tərəf zərbələri zəiflik mövqeyindən endirməyə davam edir». Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Tramp bu payız Konqresə keçiriləcək aralıq seçkilərdə siyasi dəstəyini sarsıda biləcək iri miqyaslı hərbi əməliyyatlara hazır deyil. İran isə mövcud vəziyyəti «maksimal təsir rıçaqı əldə etmək üçün unikal məqam» kimi qiymətləndirir.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb