Avropa Komissiyası (AK) Avropa İttifaqı ərazisində ümumi dəyəri 30 milyard avro olan yeddi süni intellekt (İİ) giqafabrikasının tikintisi üçün müsabiqə elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə AK-nin rəsmi bəyanatında bildirilir.
"Avropa Komissiyası Aİ ərazisində yeddiyə qədər İİ-giqafabrikasının tikintisi üzrə tenderin açıldığını elan edir. Dövlət və özəl kapitalın tərəfdaşlığı çərçivəsində bu layihə 30 milyard avroyadək investisiya cəlb edəcək", — deyə bəyanatda vurğulanır.
Avropa Komissiyası bu ehtiyaclar üçün Aİ büdcəsindən 10 milyard avro ayırmağı, qalan 20 milyard avronu isə özəl investisiyalar hesabına cəlb etməyi öhdəsinə götürüb.
Layihə Avropa Komissiyasının «Aİ-nin texnoloji suverenliyinə» nail olmaq planları çərçivəsində reallaşdırılmalıdır.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb