Latviya vətəndaşları Belarusa səfərlərdən imtina etməli və ya bu ölkəni mümkün qədər tez tərk etməlidirlər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava bəyan edib.
"Hibrid müharibə şəraitində vəziyyətin necə inkişaf edəcəyini əvvəlcədən təxmin edə bilmərik. Bu səbəbdən hər kəs dövlət qurumlarının xəbərdarlıqlarına əməl etməli və Belarusa səfərlərdən çəkinməlidir", — deyə nazirliyin mətbuat xidməti Dombravanın sözlərini sitat gətirib.
DİN hesab edir ki, Rusiya və Belarus xüsusi xidmət orqanları məxfi məlumatlara çıxışı olub-olmamasından asılı olmayaraq, istənilən şəxsi əməkdaşlığa cəlb etməyə cəhd göstərə bilərlər.
Daxili İşlər Nazirliyindən həmçinin əlavə olunub ki, Belarus tərəfindən qanunsuz sərhədkeçmə hallarının artması ilə əlaqədar Estoniya yaxın vaxtlarda Latviyanın «xarici sərhədini» möhkəmləndirmək üçün polis və sərhəd xidməti əməkdaşlarını göndərəcək. Qurum Belarusdan gələn miqrasiya axınını "hibrid müharibənin" bir hissəsi adlandırıb.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb