İyulun 30-da dövlət səfəri ilə Azərbaycan Prezidenti İlham Əliyevin gəldiyi Çolpon-Ata şəhərinin küçələri Azərbaycan və Qırğızıstanın dövlət bayraqları ilə bəzədilib.
“İki sahil” xəbər verir ki, bayraq kompozisiyaları kurort şəhərinin mərkəzi küçələrində yerləşdirilib.
Məhz bu şəhər cümə günü "Mərkəzi Asiya – Azərbaycan" II Sammitinə ev sahibliyi edəcək.