Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə yüksəlib, 120-dən çox insan yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə prefektura rəsmiləri məlumat yayıblar.
Bildirilib ki, zəlzələ nəticəsində Kumamoto prefekturasında azı 5300 ev elektriksiz, təxminən 80 min ev isə susuz qalıb.
Qeyd edək ki, iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ son illərin ən güclü təbii fəlakətlərindən biri hesab olunur. Hazırda xilasetmə və bərpa işlərinə Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 hərbçisi cəlb edilib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb