ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Prezidentin kürəkəni Cared Kuşner yaxın günlərdə Ukraynaya səfər edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Donald Trampla müsahibəsinə istinadla məlumat yayıb.
ABŞ Prezidenti bildirib ki, administrasiyasının əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə son qoyulmasına yönəlib. Onun sözlərinə görə, Vitkoff və Kuşner Ukraynaya səfər edərək münaqişənin nizamlanması ilə bağlı təmaslar aparacaqlar.
“Biz Ukrayna ilə Rusiya arasındakı müharibənin başa çatmasını istəyirik. Biz raketlərlə deyil, sülhlə maraqlanırıq”, – deyə Tramp vurğulayıb.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb