Fransa hakimiyyəti İspaniya ilə sərhəddə nəzarət tədbirlərini gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə «RTL» radiostansiyasının efirində İspaniyanın Seuta eksklavına miqrant axını fonunda görülən tədbirlər barədə sualı cavablandırarkən respublikanın daxili işlər naziri Loran Nunyes bildirib.
"Fransa-İspaniya sərhədində nəzarət mexanizmimiz mövcuddur. Hətta son aylarda bu nəzarət daha da gücləndirilib: orada daimi əsasda mobil bölmə yerləşdirilib", — deyə DİN rəhbəri vurğulayıb.
İspaniya KİV-lərinin məlumatına görə, minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən muxtar Seuta şəhərinə daxil ola bilib. Hələlik gələnlərin dəqiq sayı açıqlanmır. Bununla yanaşı, Seutaya çatmağa çalışan ən azı 19 nəfər həlak olub.
Böhran fonunda İspaniya rəhbərliyi yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlib. Bu gün İspaniya hökumətinin sədri Pedro Sançes daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birgə şəhərə səfər etməlidir.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb