01 avqust 2026 08:56
106

Oman sahillərindən 11 km məsafədə tanker hücuma məruz qalıb

Oman sahillərindən şimal-şərq istiqamətində 11 kilometr məsafədə tanker hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, mərmi gəminin maşın bölməsinə ziyan vurub.

"UKMTO Omanın Lima bölgəsindən 11 kilometr şərqdə ticarət gəmisinin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb. Bildirilir ki, tanker mərmi ilə vurulub və nəticədə gəminin maşın bölməsinə ziyan dəyib. Hazırda səlahiyyətli orqanlar hadisə ilə bağlı araşdırma aparırlar", – deyə Britaniya koordinasiya mərkəzinin bəyanatında bildirilir.