Almaniyanın Nürnberq hava limanına eniş edən Corendon Airlines aviaşirkətinə məxsus təyyarəni "Eurofighter" tipli qırıcılar müşayiət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Bild qəzeti hava limanının nümayəndəsinə istinadla xəbər yayıb.
Qəzetin məlumatına əsasən, fövqəladə vəziyyət elan edilməsindən az əvvəl eniş edən təyyarə Yunanıstanın Korfu adasından uçuş həyata keçirib. Təyyarə yerli vaxtla saat 12:15-də qrafikə uyğun olaraq Nürnberq hava limanına enib.
Bundan əvvəl polis və hava limanının rəhbərliyi hava məkanında “qeyri-müəyyən fövqəladə vəziyyət” yarandığını açıqlayıb. Hadisə ilə əlaqədar hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb və ərazidə polis əməkdaşları işləyir.
Hadisənin səbəbi və qırıcıların təyyarəni müşayiət etməsinin konkret səbəbi barədə məlumat yoxdur.