01 avqust 2026 13:45
92

İspaniyada miqrantların saxlanıldığı mərkəzdə gərginlik yaşanıb

Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar Seuta şəhərində qanunsuz mühacirlərin müvəqqəti saxlanıldığı mərkəzə onlarla miqrant qrupu zor tətbiq edərək daxil olmağa cəhd edib.

“İki sahil” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, mərkəzdə boş yer olmayıb. Qanunsuz miqrantlar mərkəzin hasarının bir hissəsini dağıtdıqdan sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanın əsas girişinin qarşısında təhlükəsizlik kordonu yaradıblar. Nəticədə miqrantlar mərkəzə daxil ola bilməyiblər. Bildirilir ki, son saatlarda mərkəzə yalnız qadınların və qız uşaqlarının buraxılmasına icazə verilib.

İyulun 30-da minlərlə miqrant Seutaya qanunsuz keçid edib. Şəhər hakimiyyəti 60 min, İspaniyanın Daxili İşlər Nazirliyi isə 50 min miqrantın Seutaya gəldiyini açıqlayıb. EFE agentliyinin məlumatına görə, təxminən 53 min qanunsuz miqrant artıq Mərakeşə geri qayıdıb. Son məlumata əsasən, şəhər ərazisinə daxil olmağa cəhd edərkən azı 57 nəfər həlak olub.