01 avqust 2026 22:52
114

Numan Kurtulmuş: Bundan sonra Türkiyədəki terrorçular silahı yerə qoyacaq

Gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsinin qəbulundan sonra ölkədə silahlı qarşıdurma dövrü başa çata bilər.

“İki sahil” xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş bildirib.

"Artıq bu torpaqlarda silahlar əbədi olaraq susacaq. Terror təşkilatlarının tamamilə ləğv edilməsi və bütün silahlı ünsürlərinin silahı yerə qoyması ilə qüvvəyə minəcək bu qanun sayəsində Türkiyədə yeni dövrün qapılarını açırıq. Artıq bu ölkədə heç kim terror, qarşıdurma və ayrı-seçkilikdən danışmayacaq", - TBMM sədri bildirib.

Kurtulmuş əlavə edib ki, "Terrorsuz Türkiyə" hədəfinə nail olunması "terrorsuz bölgə" məqsədinin də reallaşmasına imkan verəcək və regionda insanların dinc yaşamasına töhfə verəcək.