Polşa Prezidenti Karol Navrotski Baş nazir Donald Tusku siyasi mülahizələr üzündən polyakları Rusiya ilə müharibə təhlükəsi vasitəsilə qorxutmaqda ittiham edib.
“İki sahil” xəbər verir ki, Navrotski bu barədə "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib
"Mən polyakları sırf siyasi mülahizələr və reytinqləri yüksəltmək xatirinə müharibə ilə qorxudan məsuliyyətsiz siyasətçilərə qarşı müəyyən narazılıq hiss edirəm", — deyə Navrotski bildirib.
Polşa lideri vurğulayıb ki, Tuskun "Financial Times" qəzetinə müsahibəsində yaxın aylarda Rusiya ilə müharibə ehtimalı və belə bir inkişaf baş verəcəyi təqdirdə NATO-nun təminatlarına şübhə ilə yanaşması Varşavaya zərər vurub. Navrotskinin sözlərinə görə, Tuskun bu bəyanatları Polşanın müttəfiqləri arasındakı mövqeyini zəiflədib, "Rusiya tərəfindən gələn təhlükənin" real qiymətləndirilməsi isə son altı ayda dəyişməyib.
Zelenski Ukraynanın tərəfdaşlarından kəşfiyyat məlumatları almadığını təsdiqləyib