Yəməndəki hərbi əməliyyatlar 216 mindən çox insanın məcburi köçkün düşməsinə səbəb olub.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (HMƏİ) məlumat verib.
"Döyüş əməliyyatları və əhalinin kütləvi şəkildə yerini dəyişməsi Йəməndəki humanitar problemləri daha da dərinləşdirir", — deyə HMƏİ qeyd edib.
Avqustun əvvəlindən bəri 216 mindən çox insan, o cümlədən Taiz əyalətinin 172 mindən çox sakini məcburi olaraq evlərini tərk edib. Bu əyalətdəki vəziyyət "xüsusi narahatlıq" doğurur. Əsas yolların bağlamasının mülki əhalinin hərəkətinə, kommersiya tədarükünə və humanitar yardımın çatdırılmasına mane olduğu barədə məlumatlar daxil olub. Giriş məhdudiyyətləri və resurs çatışmazlığı humanitar əməliyyatların keçirilməsini çətinləşdirir. Malların qiymətinin qalxması və yanacaq qıtlığı səhiyyə və su təchizatı sahəsində həyati əhəmiyyət kəsb edən xidmətlərin fasiləsiz işini təhlükə altına qoyur.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin məlumatına görə, avqustun əvvəlindən bəri ən azı 54 mülki şəxs həlak olub, onların yarısı uşaqlardır. Daha 171 nəfər, o cümlədən 107 qadın və uşaq yaralanıb.
Zelenski Ukraynanın tərəfdaşlarından kəşfiyyat məlumatları almadığını təsdiqləyib