01 avqust 2026 23:00
110

Moskvanın mərkəzində partlayış baş verib, ölən və yaralananlar var

Moskvanın mərkəzində partlayış baş verib, nəticədə üç nəfər ölüb, 15 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva üzrə Baş İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, partlayış saat 20:10 radələrində Kudrinskaya meydanında 1 nömrəli binanın ərazisində yerləşən yay kafesinin yaxınlığında baş verib.

Hadisə yerində DİN-in istintaq-əməliyyat qrupu və təcili xidmətlərin əməkdaşları işləyir. Baş vermiş hadisənin şəraiti müəyyənləşdirilir.