02 avqust 2026 12:31
99

Fuad Muradov: Diaspor gəncləri Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayırlar

Xaricdə yaşayan azərbaycanlı gənclər Azərbaycanın həqiqətlərinin təbliğində mühüm rol oynayırLAR.

“İki sahil” xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.

O, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin təbliğində və ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizədə fəal rol oynamalı olduqlarını bildirərək deyib: "Azərbaycanın yerləşdiyi coğrafiya daim müxtəlif çağırışlarla üz-üzədir və bu səbəbdən gənclər ölkəyə qarşı yönələn təhdidlərə, yanlış məlumatlandırma cəhdlərinə qarşı hazır olmalıdırlar".

Fuad Muradov diaspor gənclərinin əsas vəzifələrindən birinin Azərbaycanın haqq səsini yaşadıqları ölkələrdə layiqincə çatdırmaq, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək olduğunu vurğulayıb.