06 avqust 2026 13:57
180

Ağdaşda partiya fəalı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında partiya fəalı Teyyub Vaqif oğlu Sadıqovun 50 illik yubileyi ilə əlaqədar görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş zamanı rayon təşkilatının sədri Əlişah Rəcəbov yubilyarı bu əlamətdar gün münasibətilə təbrik edərək ona uzun ömür və möhkəm cansağlığı arzulayıb. Partiya ideyalarının təbliğində göstərdiyi xidmətlərə görə Teyyub Sadıqova Fəxri fərman, eləcə də xatirə hədiyyəsi təqdim olunub. Öz növbəsində yubilyar onlara göstərilən xüsusi diqqətə görə ölkə başçısı, YAP Sədri İlham Əliyevə minnətdarlığını bildirib və rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaqdan iftixar hissi keçirdiyini vurğulayıb.