07 avqust 2026 12:21
112

İyul ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər

 Ötən ilin iyul ayı ilə müqayisədə 10,31 % çox sərnişin daşınıb.

“İki sahil” xəbər verir ki, “Koroğlu” stansiyası 1 630 048 sərnişinə xidmət göstərərək ayın lideri olub. Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda metrodan 649 974 nəfər istifadə edib.

NFC və QR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

“Əlçatan metro” xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.