Azərbaycana səfərə gəlmiş İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Mali Bakı Su İdman Sarayında olub.
“İki sahil” xəbər verir ki, qonağa idman qurğusunun fəaliyyəti, mövcud infrastruktur imkanları və burada keçirilən yarışlar barədə məlumat verilib. Qeyd edilib ki, müasir tələblərə cavab verən idman kompleksi müxtəlif su idman növləri üzrə beynəlxalq və yerli yarışların təşkili üçün əlverişli şərait yaradır.
Nazirə obyektin texniki göstəriciləri və idmançıların hazırlığı üçün yaradılan imkanlar da təqdim olunub.