08 avqust 2026 00:33
98

"Barselona"nın ilk rəsmi təklifi rədd edildi

"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçi Rodri üçün göndərdiyi ilk rəsmi transfer təklifini qəbul etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

Mənbənin iddiasına görə, Kataloniya klubu 30 yaşlı ispaniyalı futbolçu üçün təxminən 45 milyon avro təklif etsə də, İngiltərə təmsilçisi bu məbləği kifayət hesab etməyib. "Şəhərlilər" Rodrinin transferindən təxminən 75 milyon avro gəlir əldə etmək niyyətindədir.

Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir. "Barselona"nın yaxın vaxtlarda təklifini yaxşılaşdıracağı gözlənilir. Məlumata əsasən, Rodri artıq şəxsi müqavilə şərtləri ilə bağlı Kataloniya klubu ilə razılığa gəlib və İspaniyaya qayıtmağa müsbət yanaşır.