İsmael Bennaser "Milan"dan ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Daha əvvəl Bennaserin Qətər çempionatından "Əl-Qarafa" klubuna keçməyə yaxın olduğu bildirilirdi.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında Zaqreb "Dinamo"sunda keçirən Bennaser 2019-cu ilin yayından İtaliya komandasında çıxış edirdi. O, 2021/2022 mövsümündə "Milan" ilə ölkə çempionu olub.