“Sabah”ın futbolçuları UEFA Çempionlar Liqasının təsnifat mərhələsində fərdi göstəricilərə görə liderlər sırasında yer alıblar.
“İki sahil” xəbər verir ki, serbiyalı hücumçu Velko Simiç 4 qolla turnirin bombardirləri siyahısında 1-ci pilləni bölüşür.
Komandanın polşalı müdafiəçisi Timoteuş Puhaç isə 3 məhsuldar ötürmə ilə assistlər siyahısında liderlərdən biridir.
Qeyd edək ki, Simiç 4 qolla “Selye”nin (Bosniya və Herseqoviba) futbolçusu Mario Kveşiçlə birlikdə ilk pillədə qərarlaşıb. Puhaç isə 3 assistlə Everton Bala (“Levski”, Bolqarıstan), Yosip Mişiç (“Dinamo” Zaqreb, Xorvatiya) və Serjinyo (“Levski”, Bolqarıstan) ilə birgə liderliyi bölüşür.
AİA-da Kembric Universitetinin ekspertinin rəhbərliyi ilə dəyirmi masa keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək