09 avqust 2026 10:21
100

Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib

Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.

“İki sahil” Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, komanda ölkədə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb.

Hər iki oyunda Azərbaycan millisi qələbə (3:2, 3:0) qazanıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş bu qarşılaşmaları AVF rəhbərliyi də izləyib.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv C qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.