Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.
“İki sahil” xəbər verir ki, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb. Hər iki matç yığmamızın qələbəsi ilə başa çatıb – 3:2, 3:0.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
AİA-da Kembric Universitetinin ekspertinin rəhbərliyi ilə dəyirmi masa keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək