"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi milli komandamızın üzvü Rahil Məmmədov ilə 1+1 illik müqavilə bağlayıb.
Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.
Qeyd edək ki, "Turan Tovuz" bunadək Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard və Filip Damyanoviçi heyətinə cəlb edib.
AİA-da Kembric Universitetinin ekspertinin rəhbərliyi ilə dəyirmi masa keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək