09 avqust 2026 22:22
89

Cüdo millimiz Qazaxıstanda 700-dən çox idmançının qatıldığı toplanışda

Cüdo üzrə Azərbaycan milli komandası Qazaxıstanın Almatı vilayətində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Avqustun 5-də Olimpiya Hazırlığı Bazasında start götürən toplanış dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçunu bir araya gətirib.  Yığmamızın üzvləri məşqlər çərçivəsində fiziki və texniki hazırlıq üzərində çalışır, müxtəlif ölkələrin cüdoçuları ilə randori sessiyalarında iştirak edirlər.

Qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyan beynəlxalq təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.