09 avqust 2026 23:23
68

20 ilə yaxın "Çelsi" karyerası başa çatdı

"Çelsi" müdafiəçisi Trevoh Çalobahın "Komo"ya transferini rəsmən açıqlayıb.

“İki sahil” xəbər verir ki, 26 yaşlı ingiltərəli futbolçu İtaliya klubu ilə müqavilə imzalayıb. Bununla da Çalobahın "Çelsi"dəki 20 ilə yaxın karyerası başa çatıb.

Çalobah 9 yaşında London klubunun akademiyasına qoşulub. O, "İpsviç", "Haddersfild" və "Loryan"da icarə əsasında çıxış etdikdən sonra "Çelsi"nin əsas komandasına yüksəlib.

Müdafiəçi "Çelsi" ilə UEFA Superkubokunu qazanıb, həmçinin Premyer Liqadakı debüt oyununda "Kristal Pelas"a qarşı qol vurub.

Qeyd edək ki, Çalobah DÇ-2026-da İngiltərə millisinin heyətində iştirak edib. O, karyerasını Çempionlar Liqasında ilk dəfə çıxış edəcək "Komo"da davam etdirəcək.