12 avqustda baş verəcək tam Günəş tutulması zamanı Avropa 10 giqavatadək elektrik enerjisindən məhrum ola bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "RIA Novosti" Avropa Elektrik Şəbəkələri Operatorları İttifaqının (ENTSO-E) məlumatlarına istinadla xəbər yayıb.
Məlumatda deyilir ki, aAçıq hava şəraitində fotoelektrik enerji istehsalı bütün Avropa üzrə 9,7 giqavatadək azala bilər ki, bu da generasiya strukturunun sürətli, lakin proqnozlaşdırılan dəyişməsinə gətirib çıxaracaq.
Qeyd olunur ki, dispetçerlərə müvafiq təlimatlar verilib, enerji bazarının iştirakçıları generasiyanın gözlənilən düşməsi barədə xəbərdar edilib, milli operatorlar isə əlavə yenilənmiş proqnozlar alacaqlar.