Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində 6 kafedra fəaliyyət göstərir. Bakalavriat səviyyəsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar.
“İki sahil” xəbər verir ki, fakültədə Riyazi analiz və funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər və idarəetmə nəzəriyyəsi, Cəbr və həndəsə, Hesablama riyaziyyatı və riyazi modelləşdirmə, Mexanika, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə həmin kafedralarda elmi-tədqiqat işləri aparılır.
Bakalavriat səviyyəsində “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi” və “Mexanika” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb
Sənaye Sİ-ə güvənməyə hazırdır: Hər 5-ci müəssisə bu texnologiyadan kibertəhlükəsizlikdə daha geniş tətbiqi planlaşdırır
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb - FOTO