Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 23-dən etibarən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 15 354 müraciət daxil olub.
Qeyd olunub ki, ümumilikdə 24 161 nəfər müsabiqədən keçib.
"Müsabiqədən uğurla keçən namizədlər avqustun 25-i saat 18:00-a dək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir", - məlumatda vurğulanıb.
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb
Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib