Maarifləndirici tədbir çərçivəsində dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin tələbləri, satınalma prosedurları və mərhələləri, tənzimləmə alətləri, dövlət satınalan təşkilatları və nəzarət orqanının rolu barədə ətraflı məlumat verilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda təlim keçirilib. Şamaxı şəhərində baş tutan təlimə müxtəlif media qurumlarını təmsil edən 40-dan çox iştirakçı qatılıb.
Tədbir media mənsublarının dövlət satınalmaları üzrə sahəvi biliklərinin artırılması, eləcə də müvafiq sahədə aktual məsələlər və çağırışlar barədə məlumatlandırılması məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində açılış nitqi ilə çıxış edən Agentlik sədrinin müavini Mirzə Mirzəyev biznes subyektlərinin dövlət sifarişlərinə çıxışı və elektron satınalma imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib, sahibkarlıq subyektlərini dövlət satınalmalarında fəal iştiraka dəvət edib. Bu sahədə həyata keçirilən işlərin əsas hədəfinin satınalma proseslərində əlçatanlıq və yüksək iştirakçılığın təmin edilməsi, biznes subyektləri üçün bərabər imkanların yaradılması və d.övlət vəsaitlərindən səmərəli istifadənin təşviqi olduğu bildirilib.
Təlim Agentliyin əməkdaşı Nicat Xəlilovun dövlət satınalmalarının normativ-hüquqi əsasları, satınalma prosesinin mərhələləri, dövlət satınalan təşkilatları, nəzarət orqanı və təchizatçıların prosesdə rolu və digər aktual məsələləri əhatə edən təqdimatla davam etdirilib.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, onlara əyani nümunələr əsasında izahlar verilib.
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib