14 avqust 2026 22:25
101

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.