17 avqust 2026 10:52
87

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində mal ixrac olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabata əsasən, bu göstərici Azərbaycanın ümumi ixracının 0,09 faizini təşkil edib.

Cari ilin mart ayında isə Azərbaycan Ermənistandan ilk dəfə 960 dollar dəyərində mal idxal edib. Ötən ay Ermənistandan idxal olmayıb.