06 oktyabr 2026 14:29
124

"Göyçay" KSES-də istehsal edilən enerjinin həcmi açıqlanıb

İstismara verildiyi tarixdən bu ilin oktyabr ayınadək "Göyçay" Kiçik Su Elektrik Stansiyasında (KSES) 72,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə "İki sahil"ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Göyçay" KSES ümumi gücü 3,1 MVt olmaqla, hər biri 1,033 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.

Qeyd edək ki, 11 il əvvəl – 2015-ci il oktyabrın 6-da Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş basqılı derivasiya tipli "Göyçay" KSES-in açılışı olub.