19 avqust 2026 19:23
124

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

 

Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün yaradılan Abituriyent Məlumat Mərkəzi və xüsusi “WhatsApp” nömrəsi fəaliyyətini uğurla başa çatdırıb. Avqustun 14-dən fəaliyyətə başlayan Abituriyent Məlumat Mərkəzinə 38 müraciət daxil olub, BDU-nun xüsusi “WhatsApp” nömrəsi vasitəsilə ilə isə 574 şəxsin sorğusu cavablandırılıb.

6 günlük fəaliyyəti müddətində BDU-nun Abituriyent Məlumat Mərkəzi və xüsusi “WhatsApp” nömrəsi vasitəsilə ixtisas seçimlərində BDU-nu seçəcək abituriyent və valideynlər ətraflı məlumatlandırılıb. Onların Universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə sualları operativ cavablandırılıb.