“Əl-Nəsr”in 34 yaşlı hücumçusu Sadio Mane doğma ölkəsi Seneqalda aqrar-sənaye parkı yaradacaq.
“İki sahil” xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, o, meyvələrin istehsalı və emalı üzrə ixtisaslaşacaq layihəyə başlayıb.
Parkın ildə 50 min ton meyvə istehsal edəcəyi və 2500-dən çox yeni iş yerinin yaradılacağı gözlənilir. Layihənin əsas məqsədi gənclərin məşğulluğunu artırmaq və Kazamans regionunun inkişafına töhfə verməkdir.
Qeyd edək ki, Mane üç il əvvəl “Əl-Nəsr”ə keçib. Seneqallı futbolçu daha əvvəl Avropada “Metz”, “Zalsburq”, “Sauthempton”, “Liverpul” və “Bavariya”da çıxış edib.
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib
Tramp B-1 strateji bombardmançı təyyarələrinin “Fairford”dən çıxarılmasının səbəbini təhdidlərlə əlaqələndirib
Hakan Fidan Məkkə Müdafiə Sazişi ilə bağlı işlərin son mərhələyə çatdığını bildirib