Yunanıstan tərəfindən bu gün Egey dənizini də əhatə edəcək şəkildə elan edilən Bərpa Olunan Enerji Mənbələri üzrə Xüsusi Məkan Çərçivəsinin Türkiyənin Egey məsələləri üzrə hüquqi mövqeyinə heç bir təsiri yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli açıqlamasında bildirib.
XİN rəsmisi qeyd edib ki, Türkiyə Egey və Aralıq dənizləri kimi qapalı və ya yarıqapalı dənizlərdə birtərəfli addımlardan çəkinilməsini, sahilyanı dövlətlər arasında əməkdaşlığın vacibliyini vurğulayır və Yunanıstanla əməkdaşlığa hazırdır.
Ankara Afina Bəyannaməsinə uyğun olaraq, problemlərin beynəlxalq hüquq, ədalət və yaxşı qonşuluq prinsipləri əsasında həllini müdafiə edir.
Tramp B-1 strateji bombardmançı təyyarələrinin “Fairford”dən çıxarılmasının səbəbini təhdidlərlə əlaqələndirib
Hakan Fidan Məkkə Müdafiə Sazişi ilə bağlı işlərin son mərhələyə çatdığını bildirib
Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır