Litva NATO müttəfiq ölkələrinin təxminən min hərbi qulluqçusunun yerləşdirilməsi üçün Rudninkai poliqonunda hərbi düşərgə inşa edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Baltik respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
"Hərbi infrastruktura investisiyalarımız strateji və kompleks şəkildə həyata keçirilir. Bu səbəbdən Bundesver (Almaniya Silahlı Qüvvələri) briqadasının və digər müttəfiqlərin Litvada təlim keçməsi və qalması üçün keyfiyyətli şəraitin təmin edilməsi istiqamətində nə edilməli olduğu bizə aydındır", — deyə respublikanın müdafiə naziri Robertas Kaunasın bəyanatında bildirilir.
Hərbi idarənin qeyd etdiyi kimi, bu mərhələdə işlərin dəyəri təxminən 40 milyon avro təşkil edəcək. Layihənin 2028-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılır. Həmin vaxta qədər poliqonda yaşayış binaları və mühəndis qurğuları inşa olunacaq.
Belarus ilə həmsərhəd olan Şalçininkay rayonundakı Rudninkai poliqonunda 4,8 min hərbi qulluqçu və 200 köməkçi heyət əməkdaşından ibarət olan Bundesver briqadasının şəxsi heyətinin 80%-i yerləşdiriləcək. Əldə olunmuş razılaşmaya əsasən, briqadanın daimi dislokasiya üçün Litvaya köçürülməsi tamamlanmalıdır. Onun əsasını tank və mexanikləşdirilmiş piyada batalyonları təşkil edəcək.
Hökumətin yeni proqramı "Real Ermənistan" konsepsiyası üzərində qurulub - Paşinyan
Seul KXDR-ın Yaponiya dənizi istiqamətində 10-a yaxın raket buraxdığını bəyan edib