20 avqust 2026 12:03
109

Çin Trampın İrana qarşı elan etdiyi "iqtisadi müharibə"ni şərh edib

Sanksiyalar və təzyiqlər İran ətrafındakı vəziyyətin sabitləşməsinə kömək etmir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szian ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı elan etdiyi iqtisadi kampaniyanı şərh edərkən bildirib.

"Sanksiyalar və təzyiqlər vəziyyəti sabitləşdirməyə kömək etməyəcək. Çin müvafiq tərəfləri məsuliyyətli addımlar atmağa və problemi siyasi-diplomatik vasitələrlə həll etməyə çağırır", — deyə Çin XİN nümayəndəsi vurğulayıb.

Tramp bundan əvvəl İrana qarşı misli görünməmiş miqyasda "iqtisadi müharibə" və təcrid kampaniyasının başladığını elan etmişdi. Amerika lideri həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət strukturları Tehrana dəstək göstərən istənilən ölkə ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcək.