İspaniyanın muxtar şəhəri olan Seutada miqrasiya böhranı fonunda epidemioloji vəziyyət sürətlə pisləşir.
“İki sahil” xəbər verir ki, bu barədə şəhər Həkimlər Kollegiyasının sədri Enrike Roviralta "20 Minutos" qəzetinə müsahibəsində bildirib.
"Biz epidemioloji vəziyyətin pisləşdiyini, vaxtın isə keçdiyini görürük. Gizlənən insanlar var və bir çoxu deportasiya olunmaq qorxusundan xəstəxanaya müraciət etmək istəmir. Bizə yalnız səhiyyə sistemində qeydə alınan hallar məlumdur, lakin bu, reallıqda baş verənlərin kiçik bir hissəsidir", — deyə o qeyd edib.
Onun fikrincə, səhra hospitalının qurulması və ya tibb gəmisindən istifadə edilməsi xəstə axınını ayırmağa, miqrantlar arasında ilkin testlərin keçirilməsinə və peyvəndləməyə imkan verə bilər: "Bu, Seutadakı xəstəxananı ən ağır hallar üçün saxlamağa imkan yaradardı. Bir çox insan qeyri-insani şəraitdə, sıxlıq mühitində yaşayır ki, bu da onlar arasında infeksiyanın yayılma riskini daha da artırır".
Hökumətin yeni proqramı "Real Ermənistan" konsepsiyası üzərində qurulub - Paşinyan
Seul KXDR-ın Yaponiya dənizi istiqamətində 10-a yaxın raket buraxdığını bəyan edib